Deputat: Ölkədə sahibkarlığın inkişafı üçün görülən işlər davam etdirilməlidir

Deputat: Ölkədə sahibkarlığın inkişafı üçün görülən işlər davam etdirilməlidir
14:03 15 Yanvar 2016
20 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda sahibkarlığın inkişafı üçün çox yaxşı şərait yaradılıb. Bununla yanaşı, ölkədə sahibkarlığın inkişafı istiqamətində görülən işlər davam etdirilməlidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O bildirib ki, Azərbaycanın xaricdən məhsul idxal etməməsi, yerli istehsalı genişləndirməsi üçün sahibkarlara daha əlverişli şərait yaradılmalıdır.

Deputat qeyd edib ki, hər bir ölkə özünü ilk növbədə daxili istehsal hesabına ərzaq məhsulları, xüsusilə taxıl, meyvə-tərəvəzlə təmin etməlidir: “Hər bir ölkə çalışmalıdır ki, vətəndaşlarını yerli istehsal məhsulları ilə təmin etsin. Çünki məhsul ixrac edilən hansısa ölkədə qarşıdurma yarana bilər və məhsulu ixrac etməkdə problemlər ortaya çıxar. Yerli istehsal olarsa, vətəndaş da arxayın olar. Buna görə ölkə rəhbərliyi daxili istehsalın artırılmasına üstünlük verir”.

T.Rzayev qeyd edib ki, bu gün regionların əksəriyyətində böyük istehsal müəssisələri, taxılçılıq, heyvandarlıq təsərrüfatları yaradılır: “Deputat seçildiyim Ağcabədi rayonunda “Atena” süd məhsulları istehsal edən kombinat var. Kombinatın böyük heyvandarlıq müəssisəsi yaradılıb. Kombinatda həmçinin, artıq keçi təsərrüfatı yaradılaraq, keçi pendiri istehsal edilməyə başlanılıb. Müəssisə məhsullarını artıq xarici ölkələrə ixrac edir. Rayonda həm də taxıl terminalı, ət kəsimi kombinatı yaradılıb. Bütün bunlar göstərir ki, ölkədə sahibkarlıq inkişaf edir”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2480888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR