Azərbaycanın Müdafiə Nazirliyi: Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib

Azərbaycanın Müdafiə Nazirliyi: Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib
14:13 15 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Ermənistanın elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə növbəti dəfə yalan məlumat yayıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, düşmən tərəfi ictimaiyyəti çaşdıran və həqiqətə uyğun olmayan bu cür xəbərləri yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq məqsədi daşıyır.
Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Mudafie_Nazirliyi_Silahli_Quvvelerimizin_bolmeleri_hech_bir_itki_vermeyib-918733

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR