"Real" "qırmızılar"ın istəyini gözündə qoydu

"Real" "qırmızılar"ın istəyini gözündə qoydu
14:17 15 Yanvar 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid" Martin Edeqora görə müraciət edən klublara qısa və sərt cavab verib: "Satılmır".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi son olaraq "Liverpul"un transfer hədəfində olub. Yurqen Klopp norveçli futbolçunu inandırmağa çalışıb ki, "qırmızılar"ın heyətində daha ciddi görüşlərdə iştirak etmək və oyun praktikası qazanmaq şansı əldə edəcək. Lakin "kral klubu" Edeqora görə təklif qəbul etmədiyini bildirib. 2015-ci il yanvarın 22-də Avropanın aparıcı klubları ilə mübarizədən qalib çıxaraq gənc yarımmüdafiəçini Madridə gətirən Florentino Perez onu "Kastilya"da "staj keçməyə" göndərmişdi. Mütəxəssislər Edeqoru "cilalanmamış almaz" kimi dəyərləndirir və düzgün istiqamət veriləcəyi halda "Qızıl top"un təqdimat mərasimində podiuma qədər çıxacağını pronozlaşdırırlar.
Norveçli vunderkind "Real"ın əsas komandasında debütünü Karlo Ançelottinin vaxtında etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/398156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR