Sloveniyada Nizami Gəncəvinin və Mehdi Hüseynzadənin abidələri ucaldılacaq (FOTO)

Sloveniyada Nizami Gəncəvinin və Mehdi Hüseynzadənin abidələri ucaldılacaq (FOTO)
14:18 15 Yanvar 2016
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Sloveniyanın paytaxtı Lyublyana şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin və əfsanəvi partizan və qəhrəman Mehdi Hüseynzadənin abidələrinin ucaldılması ilə bağlı qərar qəbul olunub.

Trend xəbər verir ki, bununla bağlı məlumatı Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyevlə görüşü zamanı Lyublyana şəhərinin meri Zoran Yankoviç verib.

Son illər Azərbaycanla Sloveniya arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin durmadan inkişaf etdiyini vurğulayan şəhər meri 2013-cü ildə Azərbaycana səfər etdiyini və ölkəmizdə aparılan sosial, qlobal iqtisadi layihələrlə yaxından tanış olduğunu vurğulayıb.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra xalqımızın bütün çətinliklərə sinə gərərək öz maddi və mənəvi dəyərlərinin sahibinə çevrildiyini vurğulayan Zoran Yankoviç dünya şöhrətli siyasi xadim Heydər Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycanın bölgədə lider, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsinin qürurverici hal olduğunu bildirib.

O, Azərbaycana səfəri çərçivəsində Bakı ilə Sloveniya arasında qardaşlaşmış şəhərlər haqqında müqavilə imzalandığını, xüsusən də Prezident İlham Əliyevin Sloveniyalı qonaqları qəbul edərək onlara son dərəcə isti və doğma münasibət bəsləməsini xoş xatirələrlə yad edib.

Mer Azərbaycanın dahi şairi Nizami Gəncəvinin və əfsanəvi partizan Mehdi Hüseynzadənin abidələrinin ucaldılması ilə bağlı Lyublyana şəhər şurasının qəbul etdiyi qərarı müvəqqəti işlər vəkili A.Xudiyevə təqdim edib.

Sloveniyada ilk dəfə olaraq Azərbaycanın dahi şəxsiyyətlərinin abidələrinin ucaldılması haqqında çıxarılan qərara görə şəhər merinə minnətdarlığını bildirən Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili A.Xudiyev bu il Azərbaycanla Sloveniya arasında diplomatik əlaqələrin yaradılmasının 25-ci ildönümü münasibəti ilə bir sıra silsilə tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Lyublyana şəhər meriyasının belə bir ərəfədə çıxardığı qərarın ölkələrimiz arasındakı iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin inkişafına təkan verəcəyini qeyd edib. Görüş zamanı bildirilib ki, hər iki abidənin açılışı bu ilin may-iyun aylarına planlaşdırılır. Layihəyə əsasən, Nizami Gəncəvinin memorial abidəsinin yanında dahi şairin əsərlərini özündə əks etdirən elektron lövhənin quraşdırılması da nəzərdə tutulub.

Görüşdə iştirak edən Ukraynanın xalq rəssamı, tanınmış memar və heykəltaraş Seyfəddin Qurbanov meriyanın memarlarını hazırladığı hər iki abidənin ilkin eskizləri ilə tanış edib. Azərbaycanın və Sloveniyanın milli memarlıq üslubları nəzərə alinaraq tanımış heykəltaraşın təqdim etdiyi 5 eskiz variantından 2-si yerli memarlar tərəfindən bəyənilib və qəbul olunub.

Qeyd edək ki, Ukraynanın xalq rəssamı, heykəltaraş S.Qurbanov Ukraynanın müxtəlif vilayət və şəhərlərində xeyli sayda heykəl və memarlıq abidələrinin müəllifidir. İrpen şəhərindəki akademik Zərifə Əliyevanın, Kiyev şəhərindəki Səməd Vurğunun, Azərbaycanın Ukraynadakı səfirliyinin içərisindəki dahi öndər Heydər Əliyevin büstlərinin müəllifi də S.Qurbanovdur.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan üçün tarixi qərar verilə bilər

20 Sentyabr 2017 06:03

Bakıda gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

20 Sentyabr 2017 05:32

Moskva bazarında qətl

20 Sentyabr 2017 05:28

Maduro Trampı "yeni Hitler" adlandırıb

20 Sentyabr 2017 05:27

Gündüz İsmayılov: "Bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar"

20 Sentyabr 2017 05:02

Bakıda orta yaşlı kişi məhkəmə binası qarşısında döyülüb

20 Sentyabr 2017 04:52

Eks sevgilisi aktyordan 1 milyon tələb edir

20 Sentyabr 2017 04:49

İlham Əliyev: "Bizim xarici siyasətlə bağlı uğurlarımız barədə danışmaq üçün çox vaxt lazımdır"

20 Sentyabr 2017 04:37

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırdı

20 Sentyabr 2017 04:33

Rusiya Hava Desant Qoşunlarının komandanı qəzaya düşdü

20 Sentyabr 2017 04:14

Ərdoğan kürdlərə çağırış etdi

20 Sentyabr 2017 03:44

Artıq Vayfaydan su altında da istifadə edə biləcəyik - FOTO

20 Sentyabr 2017 03:38

İlham Əliyev ABŞ Prezidenti və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 03:27

Sarqsyan: "Ermənistan Türkiyə ilə diplomatik münasibətləri pozmağa hazırdır"

20 Sentyabr 2017 03:22

Ərdoğan: "Azərbaycanın ərazi bütövlüyü Cənubi Qafqazda sabitliyin açarıdır"

20 Sentyabr 2017 03:12

Netanyahu BMT-də: "Azərbaycanla əməkdaşlığı genişləndirmişik"

20 Sentyabr 2017 02:59

Tovuzda 4 otaqlı ev yandı

20 Sentyabr 2017 02:38

Messi "Barselona" - "Eybar" matçında poker edib

20 Sentyabr 2017 02:37

Ərdoğan BMT-də Qarabağdan danışdı

20 Sentyabr 2017 02:24

Gəyirmənin səbəbi və qarşısını almaq üsulları

20 Sentyabr 2017 02:03

Ebru Gündeş Bakıda toyda

20 Sentyabr 2017 01:59

İlham Əliyev BMT-də nahara qatıldı

20 Sentyabr 2017 01:49

Brüssel 2020-ci il Avropa çempionatına təşkilatçılıq hüququndan məhrum edilə bilər

20 Sentyabr 2017 01:47

Kariyesin yaranma səbəbləri məlum oldu

20 Sentyabr 2017 01:45

Sitalçayda 350 ədəd partlamamış hərbi sursat aşkar edilib

20 Sentyabr 2017 01:42

Bu gün UEFA Azərbaycan üçün tarixi qərar verə bilər

20 Sentyabr 2017 01:32

Ərdoğan: "Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik"

20 Sentyabr 2017 01:28

İlham Əliyev BMT-nin baş qərargahında rəsmi dövlət naharında iştirak edib

20 Sentyabr 2017 01:22

"Rosneft" İraqdakı regional hökumətlə müqavilə imzaladı -

20 Sentyabr 2017 01:20

Rusiya hərbi təyyarələri amerikalı əsgərləri vurdu -

20 Sentyabr 2017 01:05

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb

20 Sentyabr 2017 00:52

Daha bir ölkə Ərbilin referendum qərarına qarşı çıxdı

20 Sentyabr 2017 00:49

Meksikada güclü zəlzələ: ölənlər var

20 Sentyabr 2017 00:44

Kərkükdə vəziyyət gərginləşdi -

20 Sentyabr 2017 00:30

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 00:20

İsraili yer üzündən silərik -

20 Sentyabr 2017 00:10

Astroloji proqnoz - 20 sentyabr

20 Sentyabr 2017 00:03

Rusiya nümayəndə heyəti Litva prezidentinin BMT-də çıxışı öncəsi zalı tərk edib

20 Sentyabr 2017 00:02

Bu gün Azərbaycanda Neftçilər günüdür

20 Sentyabr 2017 00:02

Meksikada 7,1 bal gücündə zəlzələ olub

19 Sentyabr 2017 23:58

Klinton yenə Trampı tənqid etdi

19 Sentyabr 2017 23:49

Meksikada güclü zəlzələ - İnsanlar küçələrə axışdı - FOTO

19 Sentyabr 2017 23:48

Bu ölkədə hicaba qadağa qoyuldu

19 Sentyabr 2017 23:38

75 ildir evli olan cütlük eyni gündə vəfat ediblər -

19 Sentyabr 2017 23:34

Daha bir ev kül oldu

19 Sentyabr 2017 23:29

Meksikanın paytaxtında 7,4 bal gücündə zəlzələ baş verib

19 Sentyabr 2017 23:27

Rusiya Dövlət Kitabxanası təxliyə edildi - Bomba həyəcanı

19 Sentyabr 2017 23:23

Proqnoz -

19 Sentyabr 2017 23:21

İraq ordusu daha bir bölgədə əməliyyatlara başladı -

19 Sentyabr 2017 23:15

Şəkidə qadın özünü asdı

19 Sentyabr 2017 23:14