Düşənbədə 20 Yanvar şəhidləri anılıb (FOTO)

Düşənbədə 20 Yanvar şəhidləri anılıb (FOTO)
14:28 15 Yanvar 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 14-də Azərbaycanın Düşənbədəki səfirliyində Tacikistanın KİV nümayəndələrinin iştirakı ilə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş mətbuat konfransı keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, 20 Yanvar hadisələrində həlak olmuş Şəhidlərin Xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 20 yanvar hadisələri ilə əlaqədar A.Kançalovskinin “hakimiyyət yükü” filminin bir hissəsi nümayiş etdirilib.

Səfir Abbasəli Həsənov tədbirə qatıldıqlarına görə iştirakçılara təşəkkürünü bildirərək, 20 yanvar hadisələrində həlak olanlar və yaralananlar, digər təfərrüatlar barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.

O qeyd edib ki, bu hadisələrin əsas təşkilatçısı və günahkarı SSRİ-nin o zamankı rəhbəri M.Qarbaçov olub. 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə Bakı şəhərində 24:00-da komendant saatının elan olunması barədə sənəd M.Qarbaçov tərəfindən qabaqcadan imzalansa da əhaliyə bu məlumat bildirilməmişdi və gecə artıq şəhərdə qırğınlar başlanılıb. Dövlət televiziya və radiosunun yayım bloku partladılıb. Bu günlərdə SSRİ-nin o zamankı rəhbərləri müdafiə naziri marşal Yazov, DİN Bakatin, DTK-nın rəhbəri V.Kryuçkov Bakı şəhərində “cəzalandırma” əməliyyatına rəhbərlik edirdilər. Məhz bu gün tarixdə xalqına silah işlətmək kimi nadir hadisələrdən biri baş verdi. Xalqın silahsız nümayəndələrinə qarşı qadağan olunmuş silahlardan istifadə olundu. Dinc əhaliyə qarşı qəddarcasına rəftar edilirdi. Məqsəd xalqın milli ruhunu sındırmaq və daha sonrakı, lakin əsas məqsədə ermənilərin ərazi iddialarını təmin edəcək milli münaqişələri qızışdırmağa, dövlətin idarəçiliyində xaos yaradılmasına yönəlmişdi. Siyasi analitiklər hesab edirlər ki, 20 yanvar hadisələri SSRİ-nin dağılmasını sürətləndirən əsas hadisələrdən biri oldu. Bu akt dövlətin öz xalqına qarşı həyata keçirdiyi terror aktı idi və buna görə öz xalqı qarşısında nüfuz və etibarını itirdi.

20 yanvar hadisələrinə Azərbaycan SSRİ Ali Sovetinin sədri Elmira Qafarova öz etirazını bildirmişdi. Lakin hadisələrə tam dolğun siyasi qiymətin verilməsi 1993-cü ildə H.Əliyevin hakimiyyətə qayıdışından sonra baş verdi və 1994-cü ildə istintaq qrupu yaradılaraq günahkarlar müəyyən olundu. H.Əliyev bu hadisələr ilk etiraz səsini ucaldanlardan biri olmuşdu. 1990-cı ildə ona göstərilən təzyiqlərə və xəstə olmasına baxmayaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək öz etiraz səsini ucaltmışdı.

Səfir A.Həsənov mətbuat nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı başladığı müharibə, aparılan sülh danışıqları, eləcə də Azərbaycanın 2015-ci ilin sosial-iqtisadi yekunlarına dair məlumat verib.

Səfir A.Həsənov əlavə edib ki, bu gün dünyada baş verən və bütün dünyanı bürüyən iqtisadi böhran Azərbaycandan yan ötməyib. Ölkələrimizin milli valyutaları dəyərini itirməkdədir. Buna baxmayaraq, Azərbaycanda 2015-ci ildə nəzərdə tutulan layihələr həyata keçirilib. Il ərzində ölkəyə 20 milyard investisiya qoyulub ki, onun yarısını xarici investisiya təşkil edib. Bu Azərbaycandakı sabitliyin və etibarlı tərəfdaş olduğunun göstəricisidur. Azəbaycan xarici investisiya üçün cəlbedici dövlət olaraq qalmaqdadır.

Dünya ölkələri arasında toqquşmalar, münaqişələr artmışdır. Belə bir vəziyyətdə biz daha da yaxınlaşmalı və bir-birimizin problemlərinin həll edilməsində qarşılı köməklik göstərməliyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə bildiyiniz kimi 2015-ci ilin dekabr ayının 7-də Tacikistanın Dağlıq Bədəxşan bölgəsində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Tacikistan hökumətinə 800 min manatlıq (600 min ABŞ dolları) humanitar yardım göndərilmişdir. Azərbaycan Respublikası tərəfindən atılan bu addım Azərbaycanın gücünün və Tacikistanla dostluq münasibətlərinə həmişə sadiq qaldığının göstəricisidir. Bundan öncə 2011-ci ildə Tacikistanda baş verən sərt şaxtanın vurduğu ziyanın aradan qaldırılması məqsədilə prezident cənab İlham Əliyevin göstərişi ilə Tacikistana 1 milyon manatlıq (1200000 ABŞ dolları) yardım göstərilmişdi.

Mətbuat konfransında Tacikistanın “Cahonnome” televiziya kanalı, “Tocikiston” radiosu, “Niat Xovar” İA, “Elm va Hayot” jurnalı, “Narodnaya qazeta”, “Faraj”, “Çarxi Qardun”, “Xalq Ovozi”, “Payomi Duşanbe”, “Cavononi Tocikiston”, “SSRİ”, “Chelovek i priroda” qəzetlərinin nümayəndələri iştirak etmişlər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2480932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR