Buğda və un idxalının ƏDV-dən azad edilməsi Azərbaycan məhsulunun rəqabət qabiliyyətini artıracaq

Buğda və un idxalının ƏDV-dən azad edilməsi Azərbaycan məhsulunun rəqabət qabiliyyətini artıracaq
14:37 15 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunması Azərbaycanda yerli istehsalı artımağa və ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətini yüksəltməyə imkan verəcək. Bunu Trend-ə "Karat Holding"in baş direktoru Taleh Qasımov deyib.

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub. Bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.

T.Qasımov bildirib: "Daha əvvəl 50 kiloqramlıq 1 kisə unu 26 manata satırdıq, hazırda isə onun qiymətini 22 manatadək azaltdıq. Yeri gəlmişkən, təkcə biz belə etmirik - ölkədəki digər istehsalçılar da qiymətləri azaldıblar. Qiymətlər hazırda dəyirmanın yerləşməsindən, yəni nəqliyyat xərclərindən asılı olaraq 21,5-22,5 manat arasında dəyişir".

Onun sözlərinə görə, bu qərar həm də bütün un məmulatlarının qiymətini azaltmağa fürsət verdi: "Qiymətin azalması yerli istehsalçılar üçün də sərfəlidir, çünki ölkədə istehsal edilən məhsulların qiyməti aşağı düşəcək və o, ucuz idxal ediləcək. Sahibkarlar və əhali bu qərardan razıdırlar. Bu, (un) sosial əhəmiyyətli məhsuldur və onun ƏDV-dən azad edilməsi dövlətin qayğısının bariz nümunəsidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/398215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR