Naftalanda 4 il əvvəl oğurluq edən şəxs saxlanılıb

Naftalanda 4 il əvvəl oğurluq edən şəxs saxlanılıb
14:57 15 Yanvar 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Kəpəz TV (Region TV) xəbər verir ki, Naftalan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2012-ci ilin aprel ayında qeydə alınan oğurluq hadisəsinin üstü açılıb. Müəyyən edilib ki, həmin vaxt şəhər sakini Zemfira Əzizovanın çantasından 5700 manat nağd pulu Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Salahov oğurlayıb. Ceyhun Salahov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR