Sevgilisinə "öpüşmə" qadağasını ləğv etdi

Sevgilisinə "öpüşmə" qadağasını ləğv etdi
18:02 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Aktyor Burak Özçivit, müğənni Murat Boz və aktrisa Aslı Enverin baş rolu paylaşdıqları "Kardeşim benim" filminin qalası keçirilib.

Qafqazinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, qala-gecəsinə Burak Özçivitin sevgilisi aktrisa Fahriye Evcen də qatılıb.

Aktrisa jurnalistlərin suallarını cavablandırarkən filmi çox bəyəndiyini söyləyib, ancaq sevgilisi Burakın filmdə "öpüşmə" qadağasını pozması ilə məsələyə münasibət bildirməyib.

Yeni filmdə Burak ilə Aslı Ənvərin öpüşmə səhnəsi hər kəsi şok edib.

Daha əvvəl "Kara sevda" serialında Neslihan Atagül ilə Burak Özçivit öpüşdükləri üçün Fahriye Evcen narazılığını bildirmişdi.

Aktirsa Buraka: "Bir daha öpüşmə səhnələrini qəbul etməyəcəksən", - demişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR