Türkiyə universitetlərinin təmsilçiləri Folklor İnstitutunda olublar

Türkiyə universitetlərinin təmsilçiləri Folklor İnstitutunda olublar
15:08 15 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Türkiyənin Niğde və Avrasiya universitetlərinin təmsilçiləri Nazim Hikmət Polad, Loğman Zor, Gülzar İbrahimova və Seyfəddin Altaylı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda olublar.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov rəhbərlik etdiyi elm müəssisənin fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib, əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə mayın 24-dən 28-dək Folklor İnstitutu, Niğde və Avrasiya universitetlərinin birgə təşkilatçılığı ilə Bakıda keçiriləcək üçüncü beynəlxalq türk dünyası araşdırmaları simpoziumuna hazırlıq işləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Türkiyəli qonaqlar əvvəlki simpoziumlarla bağlı toplu nəşrləri Folklor İnstitutuna hədiyyə ediblər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_universitetlerinin_temsilchileri_Folklor_Institutunda_olublar-918759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR