Hazırda yarım saatdan çoxdur "Azercell" mobil operatorunun abunəçiləri rabitədən istifadə edə bilmirlər.
Milli.Az modern.az-a istinadən bildirir ki, "Azercell" Müştəri Xidmətlərindən fakt təsdiqlənib:
"Ona görə də abonentlər zəng vura və zəng qəbul edə bilmir. Hazırda problemin səbəbləri aydınlaşdırılır. Tez bir zamanda problemin aradan qaldırılmasına çalışılacaq".