Kinorejissor Fikrət Əliyevin müalicəsi ev şəraitində davam edir

Kinorejissor Fikrət Əliyevin müalicəsi ev şəraitində davam edir
15:22 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyevin səhhəti qənaətbəxşdir.
Kinorejissorun qızı Səadət Nəbiyeva "Report"a bildirib ki, atasının müalicəsi ev şəraitində davam edir: "Əvvəllərlə müqayisədə indi əziyyəti normaldır. Normal danışır, eşidir, qidalanır. Eşitməsi ilə bağlı bir müddət əvvəl problem yaranmışdı. Hazırda problem aradan qalxıb. Çox gümrah görünməsə də, Allahdan ümidimizi kəsmirik". 
Qeyd edək ki, ötən ilin sonunda F.Əliyevin vəziyyəti kəskin pisləşmişdi və bir müddət xəstəxanada müalicə olunmuşdu. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/kinorejissor-fikret-eliyevin-mualicesi-ev-seraitinde-davam-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR