“Zirə”nin rəqibləri müəyyənləşdi

“Zirə”nin rəqibləri müəyyənləşdi
15:27 15 Yanvar 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində məşqlərini davam etdirən “Zirə” artıq ilk mərhələni başa vurmaq üzrədi. Fanat.az xəbər verir ki, bir həftənin tamamından etibarən baş məşqçi Adil Şükürov yoxlama oyunlarında komandanın gücünü sınayacaq. 

“Qartallar” ilk oyununu sabah keçirəcək. Əvvəlcə bu tarixdə “Traktorsazi” ilə müqavilə imzalansa da, Təbriz klubunun Antalya toplanışından imtina etməsi üzündən dəyişiklik edilib. Belə ki, “Zirə” sabah Qazaxıstanın “Ordabasi” klubu ilə üz-üzə gələcək. Bələkdə “Kaya” otelinin stadionunda baş tutacaq qarşılaşma saat yerli vaxtla 17.00-da başlayacaq. 

"Zirə"nin yanvarın 19-da qarşılaşacağı rəqibin də adı məlum olub. Belə ki, “Qartallar” Almaniyanın Regional liqası təmsilçilərindən “Optik”lə görüşəcək. Həmin oyun Sidedə baş tutacaq və saat 17.00-da başlayacaq. Yanvarın 22-də isə “Zirə” Rumıniyanın “Tarqu-Mureş” klubu ilə üz-üzə gələcək.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR