"PAŞA Bank"ın ekspertləri jurnalistlərlə görüş keçirib

15:33 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın “British Council” ilə əməkdaşlıqda həyata keçirdiyi "Yerli biznes-jurnalistikanın inkişafı proqramı"nın ikinci mərhələsi başa çatıb.

Bankdan Trend-ə verilən məlumata görə, növbəti treninq çərçivəsində layihənin iştirakçıları qarşısında təqdimatlarla bankın ekspertləri – Xəzinədarlıq departamentinin direktoru Bəhruz Nağıyev və Debitorların maliyyəşməsi şöbəsinin rəisi Aynurə Piriyeva çıxış edib.

"PAŞA Bank"ın nümayəndələri jurnalistlərə yerli bank bazarının iş prinsipləri, yerli və beynəlxalq hesabat standartlarının incəlikləri, tənzimləyicinin normativ tələbləri, bankın timsalında şirkətin maliyyə blokunun fəaliyyətinin qurulması, gecikdirilən və problemli kreditlərin hesablanması metodologiyası haqqında danışıb. Ekspertlər kütləvi informasiya vasitələrinin nümayəndələrinə bank bazarındakı cari proseslər haqqında məlumat verib, sektorun gələcək inkişafına dair fikirləri ilə bölüşüb, habelə treninq iştirakçılarını maraqlandıran suallara cavab verib.

Xatırladaq ki, "Yerli biznes-jurnalistikanın inkişafı proqramı" “Thomson Foundation”-dan (Böyük Britaniya) dəvət olunmuş peşəkar təlimatçı rəhbərliyi altında aparılan bir sıra xüsusi media-kurslardan və yerli KİV jurnalistlərinin Böyük Britaniyaya tanışlıq səfərindən ibarətdir ki, bu proqram çərçivəsində Azərbaycan kütləvi informasiya vasitələri işçilərinin bu ölkənin aparıcı qəzet, jurnal və digər KİV jurnalistləri ilə görüşləri və təcrübə mübadiləsi planlaşdırılır.

Layihənin başlıca məqsədi iqtisadi mövzuları işıqlandıran aparıcı jurnalistlər qrupunun yaradılmasından ibarətdir ki, onlar avropalı həmkarlarının çoxillik təcrübəsi ilə tanış olmaqla, əldə etdikləri bacarıqları ölkədə baş verən iqtisadi dəyişikliklərin və müxtəlif biznes-proseslərin daha peşəkarcasına işıqlandırılmasında və təhlilində tətbiq edə biləcəklər.

"PAŞA Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank geniş spektrli korporativ bank xidmətləri, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir. Baş ofis və 9 biznes-mərkəzi ilə təmsil olunan "PAŞA Bank"da 400 çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunub, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

"PAŞA Bank" Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan "Kapital Bank" da PAŞA Şirkətlər Qrupuna aiddir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2480871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR