Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 16-17-də Gəncə Olimpiya İdman Kompleksində 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə kikboksinq üzrə Uşaq-Gənclər Fiziki Hazırlıq Klubunun açıq birinciliyi keçiriləcək.
Azərbaycan Kikboksinq Federasiyasından (AKF) AZƏRTAC-a bildiriblər ki, birincilikdə 200-dək idmançı çıxış edəcək.
Birincilik AKF, Gəncə Kikboksinq Klubu, Gəncə şəhər Təhsil İdarəsi, Gəncə şəhər Gənclər və İdman İdarəsi, Uşaq Gənclər Fiziki Hazırlıq Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək.