Gözəl aktrisaya acı xəbər (FOTO)

Gözəl aktrisaya acı xəbər (FOTO)
16:29 15 Yanvar 2016
269 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur aktrisası, Azərbaycanda da böüyük maraqla izlənən “Qara Sevda” serialının ulduzu Neslihan Atagülə ağır itki üz verib. Gözəl aktrisanın atası Yaşar Şənər dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, aktrisanın atası avtobus sürücüsü olub. 56 yaşlı Yaşar Şənər evində özünü pis hiss edib. Yaxın dostları onu dərhal xəstəxanaya çatdırıblar. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq o dünyasını dəyişib.

Onun qonşuları və dostları məşhur aktrisanın atası ilə maraqlanmadığını, onun xəstəxanada belə 10 dəqiqə qaldığını deyərək sərt reaksiya göstəriblər.
Dəfn mərasimində iştirak edən qonşularla qohumlar arasında mübahisə düşüb. Qonşular "bu qədər sevəni var idisə, niyə o, xəstə olanda heç kim yanında deyildi" deyiblər. Hələ ki, aktrisa səslənən ittihamlar barədə danışmayıb.

Neslihan Atagül isə atasının yasına nişanlısı Kadır Doğulu ilə birlikdə qatılıb. Neslihan ağlayarkən nişanlısı ona təsəlli verib. Atagülün üzgün və əsəbi halı diqqətdən yayınmayıb. Hətta meneceri ona yaxınlaşmağa çalışan jurnalistlərə xəbərdarlıq edib. "Yanına getməyin, uzaqdan çəkin. Onsuzda çox üzgündür".



Neslihan Atagül və Kadır Doğulu yas mərasimdə

Bir müddət əvvəl 2 il sevgili olan Kadir Doğulu ilə Neslihan Atagül nişanlanıblar.

“Möhtəşəm Yüz il Kösəm” serialında oynayan Kadir Doğulu ilə “Qara Sevda”nın qəhrəmanlardan biri olan Nesilhan Atagül sadə mərasim ediblər
Tanınmış artistlərin xüsusi günündə yaxın dostları iştirak ediblər. Onlar xoş günlərində çəkilmiş fotoları sosial şəbəkədə paylaşıb.


Cütlükün nişan mərasimi


Kadir Doğulu ilə Neslihan Atagül


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR