Süni yetişdirilən nərə cinsli balıqlardan ibarət törədici fond yaradılıb

Süni yetişdirilən nərə cinsli balıqlardan ibarət törədici fond yaradılıb
16:03 15 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Su bioresurslarının artırılması məqsədi ilə 2015-ci ildə 396,44 mln. ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri, o cümlədən 6,52 mln. ədəd nərəcinsli, 178,22 min ədəd qızılbalıq körpələri artırılaraq su hövzələrinə buraxılıb.
AZƏRTAC Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, hazırda Xıllı Nərə Balıqartırma zavodunda süni yetişdirilən müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət törədici fond yaradılıb. Burada Azərbaycanda ilk dəfə olaraq süni yetişdirilən ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınan kürüdən balıq körpələri yetişdirilir. Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Suni_yetisdirilen_nere_cinsli_baliqlardan_ibaret_toredici_fond_yaradilib-918791

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR