Bakıdakı 12 məktəb mükafatlandırılıb

Bakıdakı 12 məktəb mükafatlandırılıb
16:08 15 Yanvar 2016
70 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən üç il ardıcıl uğur qazanan məktəblərin direktorlarının mükafatlandırılması mərasimi keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun rəhbəri Məhəbbət Vəliyeva IX siniflərin nəticələrinin son illər xüsusilə diqqət mərkəzində saxlandığını və bu sahədə on dörd faiz artımın olduğunu söyləyib.
M.Vəliyeva müəllimlərin fənn biliklərinin artırılmasının, onların ixtisasartırma təlimlərinə cəlb olunmasının vacibliyini vurğulayıb, bu sahədə islahatların aparıldığını, müəllimlərin ehtiyaclarına uyğun təlimlərin keçiriləcəyini bildirib.
Sonra Bakının 21, 75, 108, 118, 127, 178, 183, 188, 208, 209, 259 və 315 nömrəli məktəblərinin direktorlarına fəxri fərman verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakidaki_12_mekteb_mukafatlandirilib-918798

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR