Pizarro qol vurdu, "İnter" Bundesliqa klubuna uduzdu

Pizarro qol vurdu, "İnter" Bundesliqa klubuna uduzdu
16:17 15 Yanvar 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "İnter" ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Bakı klubu Almaniya Bundesliqasında çıxış edən "Verder"lə qarşılaşıb.

Oyun almanların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 41-ci dəqiqədə "Çelsi" və "Bavariya"nın sabiq üzvü Klaudio Pizarro imza atıb.

Qeyd edək ki, "İnter" bir neçə gün əvvəl "Verder"in ikinci komandası ilə qarşılaşmış və 0:1 hesablı məğlub olmuşdu.

İnter (Azərbaycan) - Verder (Almaniya) 0:1
Qol: Klaudio Pizarro, 41.
İnter: 1. Kamran Ağayev (79. Georgi Lomaya), 5. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 10. Elnur Abdullayev (77. Qara Qarayev), 14. Zurab Xizanişvili, 17. Vüqar Nadirov, 22. İlkin Qırtımov (4. Laşa Kasradze, 68), 24. Fuad Bayramov, 30. Abbas Hüseynov (12. Ruslan Əmircanov, 46).
Ehtiyat oyunçular: 2. Sertan Taşkın, 45. İlkin Sadıqov, 39. Elnur Süleymanov.
Baş məşqçi: Zaur Svanadze.
Verder: 43. Oelşlagel, 7. Vesterqaard, 14. Pizarro (8. Lorenzen, 62), 20. Qarsiya, 23. Gebre Selassie, 25. Hüsinq, 27. Qrillitşx, 35. Eggestein, 37. Sternberq (8. Fritz, 9), 52. Morris, 51. Kleyneysler.
Ehtiyat oyunçu: 42. Vyedvald.
Baş məşqçi: Viktor Skripnik.

Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-pizarro-qol-vurdu-quotnterquot-bundesliqa-klubuna-uduzdu-t46821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR