​“Günəşli” yatağında 10 saylı özüldəki qaz quyularından birində yanğın söndürülüb

​“Günəşli” yatağında 10 saylı özüldəki qaz quyularından birində yanğın söndürülüb
16:27 15 Yanvar 2016
12 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ “Günəşli” yatağındakı 10 saylı özüldəki qaz quyularından birində yanğın söndürülüb. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, “Günəşli” neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə 4 dekabr 2015-ci il tarixində baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində FHN aidiyyəti üzrə fəaliyyətini davam etdirir.
Belə ki, yanan quyuların ətrafında deformasiyaya uğramış metal konstruksiyaların kəsilməsi, zonadan kənarlaşdırılması, eləcə də fontançıların quyular ətrafında sərbəst işləməsi üçün fasiləsiz tədbirlər həyata keçirilib, quyu və quyuətrafı konstruksiyaların soyudulması işləri yanğınsöndürmə desantı tərəfindən platformanın üzərində təşkil olunub. Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində yanvarın 15-də qaz quyularından birində yanğını söndürmək mümkün olub.
Özüldə yanan digər quyuların da söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR