Azərbaycanlı iş adamından alternativ yanacaq istehsalına 30 milyonluq sərmayə

Azərbaycanlı iş adamından alternativ yanacaq istehsalına 30 milyonluq sərmayə
16:29 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı sərmayəçi Ukraynanın Sumı vilayətinin Romen rayonuna 220-250 min ton eman gücünə malik soya zavoduna 22 milyon dollarlıq sərmayə qoyub. Lent.az-ın Vesti.az-a istinadən məlumatına görə, “Jovtnev qənd zavodu” sahiblərindən biri Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanovun alternativ yanacaq istehsalına 30 milyon dollarlıq sərmayə yatırılacağı da gözlənilir.

 

Ə. Salmanov Vesti.az-a açıqlamasında  50 milyon dollarlıq sərmayənin xəbərinin doğru olduğunu təsdiqləyib: “Jovtnev qənd zavodu”nun rekonstruksiyası türk kompaniyası tərəfindən 5-7 il arasında aparılacaq. Soya istehsal edən zavoda gəlincə, mənim buna aidiyyatım yoxdur. Mənim əldə etdiyim məlumata görə, ora sərmayə türk kompaniyası tərəfindən avadanlıq formasında veriləcək”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228841

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR