Günay İbrahimlinin avtomobilinin şüşələrini sındırdılar - Video

Günay İbrahimlinin avtomobilinin şüşələrini sındırdılar - Video
16:58 15 Yanvar 2016
110 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Günay İbrahimlinin maşınının şüşələrini sındırıblar.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “10-dan sonra” verilişində danışıb:

“Tədbirlərin birindən çıxanda maşına yaxınlaşdım ki, pəncərələr yoxdur. Birdən başa düşdüm ki, şüşələri sındırıblar. Pul qabımı, sənədlərimi, kredit kartlarımı götürməmişdilər. Mənlə gələn insanın çantasını oğurlamışdılar. Əgər kimsə bunu edirsə, demək, pula ehtiyacı var. Amma məndə belə deyildi. Həmişə tanıyan adam belə addım atar. Ola bilsin mənə qarşı təxribat idi. Hadisənin üstünə düşmədim. Əgər sənədlərim yerində olmasaydı, polisə şikayət edərdim”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR