Çin 40 ildən sonra ABŞ-dan neft aldı

Çin 40 ildən sonra ABŞ-dan neft aldı
16:42 15 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Çinin "Sinopec" neft-qaz şirkəti 40 ildən sonra ilk dəfə ABŞ-dan neft alıb.

Milli.Az report-a istinadən bildirir ki, bu haqda "Reuters" məlumat yayıb.
Şirkətdən bildirilib ki, ABŞ neftinin ixracatı dünya bazarı üçün müsbət xəbər sayılır: "Əgər bu neft iqtisadi baxımdan rəqabətə davamlı olarsa, onda Asiya-Sakit okean bölgəsindəki emalçıların "qara qızıl" ehtiyatını artırmaq üçün rəngarəngliyin yaranmasına təsir edəcək". 
Qeyd edək ki, ABŞ Konqresi 1975-ci ilin dekabrında Çinə neft ixracatına embarqo qoymuşdu.

"China Petroleum and Chemical Corporation" ("Sinopec") böyüklüyünə görə "Petro China"dan sonra Çinin ikinci böyük enerji şirkətdir. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR