Dünya Bankı: “Planetin əhalisinin 60 faizi internetə çıxışa malik deyil”

Dünya Bankı: “Planetin əhalisinin 60 faizi internetə çıxışa malik deyil”
16:47 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Dünya Bankının yeni hesabatına əsasən, dünyada 4 milyard nəfər hələ də internetə çıxışa malik deyil. Hesabat müəlliflərinin fikrincə, qlobal şəbəkədə rəqəmsal bərabərsizliyin aradan qaldırılması iqtisadi artıma, əhali üçün iş yerlərinin yaradılması və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə kömək edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “un.org” saytına istinadən yazır ki, bu gün müasir dünyada mobil rabitədən istifadə etmək imkanına malik olan insanların sayı elektrik enerjisi və ya su istehlakçılarının sayını ötür. Dünya Bankının internetə həsr edilmiş hesabatına əsasən, bu fakt rəqəmsal inqilabın başlaması anlamına gəlmir.
 
Məlumata əsasən, son 10 ildə internet istifadəçilərinin sayı 3 dəfə artaraq 3.2 milyard nəfər təşkil edib, ancaq planetin əhalisinin 60 faizi, yəni təxminən 4 milyard nəfər hələ də internetə çıxışa malik deyil.
 
Həmçinin mobil rabitənin sürətli inkişafına baxmayaraq, təqribən 2 milyard nəfər mobil telefonlardan istifadə etmir. Eyni zamanda, təxminən 1.5 milyard nəfər mobil siqnalın əlçatmaz olduğu ərazilərdə yaşayır.
 
Emil Hüseynov


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR