Gəncədə süni qiymət artımının qarşısını almaq üçün tədbirlər görülür - FOTO

Gəncədə süni qiymət artımının qarşısını almaq üçün tədbirlər görülür - FOTO
16:47 15 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə Şəhər İcra Hakimiyyətinin sərəncamına uyğun olaraq istehlak bazarına nəzarəti həyata keçirən komissiya yaradılıb. Bu haqda süni qiymət artımına qarşı görüləcək tədbirlərə həsr olunan ümumşəhər toplantısında deyilib. O da bildirilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə dövlət başçısının tapşırığına uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər veriləcək.

Kəpəz TV (Region TV) xəbər verir ki, manatın dollara nisbətdə dəyər itirməsi, başqa sözlə yaşanan devalvasiya, bəzi işbazları hərəkətə keçirib. Son günlər şəhərin market və mağazalarında aparılan müşahidələr bunu deməyə əsas verir. Qiymətlərin əksər hallarda süni şəkildə artırılması isə əhali arasında narahatlıq doğurub. Belə halların qarşını almaq üçün Gəncə Şəhər İca Hakimiyyətinin başçısı Elmar Vəliyev sərəncam imzalayıb. Sərəncama uyğun olaraq "İstehlak bazarında nəzarəti həyata keçirən komissiya" yaradılıb. 

150 nəfərdən ibarət komissiya hər biri 10 nəfərlik olmaqla 15 mobil qrup şəkildə fəaliyyət göstərir. Qruplara hüquq-mühafizə orqanları və dövlət qurumlarından nümayəndələr daxil edilib. Qrup üzvləri mütəmadi olaraq satış mərkəzlərinə, ictimai iaşə obyektlərinə baş çəkərək, satış qiymətlərinə nəzarət edəcəklər. 

Şəhər İcra Hakimiyyətinin başçısı ərzaq məhsullarının topdan şatış mərkəzlərində olan qiymət artımının 30 faizdən çox olmadığını bildirib. 

Elmar Vəliyev: "Bütün market və bazarlarda qiymətlərin eyni olması üçün (bir yerdə bir qiymət, başqa yerdə fərqli qiymət - bu yol verilməzdir) monitorinqlər aparılacaq. Camaatla söhbətlər aparılacaq. Sahibkarların da, təbii ki, mənafeyi qorunub saxlanılır. Amma bu vəziyyətdə onlar da öz qazanclarını minimuma endirməlidirlər. Onlar da qanuna müvafiq qaydada fəaliyyət göstərirlər, vergi verirlər. Bunlar da nəzərə alınacaq". 

Sahibkarların fəaliyyəti ilə bağlı məsələlərə də toxunuldu. Bildirildi ki, "Elba" MMC-yə 5 milyon manat dəyərində kredit ayrılıb. Müəssisə 3 aya kimi tam fəaliyyət göstərəcək və Qafqazın ən böyük ət kəsimi məntəqəsinə çevriləcək. Bununla yanaşı, Gəncədə yeni Gips Zavodu yaradılacaq. 300 nəfərlik zavodun inşası üçün 15 hektar torpaq sahəsi ayrılıb. Zavod 6 aya qədər inşa ediləcək və işə başlayacaq. Dövlət rəhbərinin tapşırığına əsasən, Gəncədə fəaliyyət göstərən sahibkarlara kreditlərin ayrılması da nəzərdə tutulur. İlkin mərhələdə kreditlərin məbləği 100 milyon manat dəyərində müəyyənləşdirilib. 

Elmar Vəliyev: "Biz öz səlahiyyətimiz çərçivəsində torpaqla təmin edə bilərik. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu da kreditlə bağlı istənilən köməyi etməyə hazırdır. Hər bir vətəndaş müraciət edə bilər".

Şəhərdə aparılan tikinti və abadlıq-quruculuq işləri də dayanmayacaq. Əsaslı şəkildə yenidən qurulan 6 məktəb və 8 bağçada təmir-bərpa işləri davam etdiriləcək. 2000-dən artıq ictimaiyyət nümayəndəsinin iştirak etdiyi ümumşəhər toplantısında vətəndaşların müraciətləri də dinlənilib. Şəhərdə fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan, valideynlərindən birini və ya hər ikisini itirən, maddi vəziyyəti yaxşı olmayan 54 tələbə təhsil haqqından azad olunub. 

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR