​İlqar Axundov: "Rəvan" rəhbərliyi heç vaxt futbolçuların əmək haqqlarını mənimsəmir"

​İlqar Axundov: "Rəvan" rəhbərliyi heç vaxt futbolçuların əmək haqqlarını mənimsəmir"
16:52 15 Yanvar 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ "Dünən komandanın kapitanı ilə söhbət etdik. Razılığa gəldik ki, maaşları hissə-hissə ödəyək". Bunu "Report"a açıqlamasında "Rəvan" futbol klubunun vitse-prezidenti İlqar Axundov deyib.
Bir neçə gün əvvəl maaşların ödənilməməsi səbəbindən komandanın məşqləri boykot etməsindən danışan İ.Axundov problemlərin həll olunduğunu söyləyib: "Futbolçular da məşqə başlayıblar. Artıq dünən ilk məşq olub. Bu gün isə iki məşq oldu. Futbolçular inandılar ki, "Rəvan" rəhbərliyi heç vaxt futbolçuların əmək haqqlarını mənimsəmir".
Vitse-prezident komandanın "CBC Sport Kuboku"nda iştirak etməməsindən təəsüfləndiklərini bildirib: "Futbolçular da bundan təəssüf hissi keçirirlər. Biz də istəməzdik ki, belə olsun. Bu turnir komandanı yoxlamaq baxımından əlverişli fürsət idi".
Qeyd edək ki, bir neçə gün əvvəl futbolçular ötən ilin noyabr və dekabr aylarının maaşlarını almadıqları üçün məşqlərə qatılmaqdan imtina ediblər. Bu səbəbdən "Rəvan" "CBC Sport Kuboku"na qatılmayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/i-lqar-axundov-revan-rehberliyi-hec-vaxt-futbolcularin-emek-haqqlarini-menimsemir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR