Gürcüstanla həmsərhəd kəndlərdə nəzarəti gücləndirib - "Donuz qripi"nə görə - FOTO

Gürcüstanla həmsərhəd kəndlərdə nəzarəti gücləndirib - "Donuz qripi"nə görə - FOTO
16:57 15 Yanvar 2016
30 Sosial
Ölkə mətbuatı
A- A+

"Donuz qripi" virusunun Gürcüstanda yaratdığı fəsadlar nəzərə alınmaqla sözügedən ölkə ilə həmsərhəd olan rayonlarda əhalinin sağlamlığı diqqət mərkəzində saxlanılır.

Kəpəz TV (Region TV) xəbər verir ki, Samux rayonunun tibb işçiləri də qonşu ölkəyə yaxın olan Eldar zonasında vətəndaşları vaxtaşırı müayinədən keçirirlər. 

Eldar zonasında əhalinin sağlamlığını təmin etmək və gündəmdə olan virusdan qorumaq məqsədi ilə Samux Mərkəzi Rayon Xəstəxanasında xüsusi həkim briqadaları yaradılıb. Briqadaya müxtəlif ixtisaslar üzrə həkimlər daxil edilib. Onlar tərtib edilən qrafikə əsasən, ən ucqar yaşayış məntəqələrində əhalini müayinədən keçirirlər. Bu günədək aparılan tibbi yoxlamaların nəticəsi ürəkaçan olub. Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hər hansı bir vətəndaşda yoluxucu xəstəlik aşkarlanmayıb. 

Nərminə Hüseynova - həkim: "Mütəmadi olaraq həkim briqadası ilə həmin kəndlərə gedirik. Əhalinin dispanser müayinəsi keçirilir və sağlamlıq vəziyyətləri öyrənilir. "Donuz qripi" virusunun əlamətləri aşkarlanmayıb. Vətəndaşların sağlamlıqları ilə bağlı heç bir şikayətləri yoxdur. Mərkəzi rayon xəstəxanasının nəznində "donuz qripi" ilə əlaqədər olaraq palata təşkil olunub. Bu palata bütün avadanlıqları və dərman təchizatı yerindədir".  

Samux rayonunun Eldar zonasında təxminən 6 minə yaxın əhali yaşayır. Ərazidə 5 tibb və 1 həkim məntəqəsi, eləcə də 1 kənd sahə xəstəxanası əhaliyə tibbi xidmət göstərir. Ötən il həmin tibb ocaqlarından biri müasir tələblər səviyyəsində yenidən qurularaq vətəndaşların ixtiyarına verilib. 

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/398272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR