Prezidentin yeni İşlər müdiri təyin edildi

Prezidentin yeni İşlər müdiri təyin edildi
17:05 15 Yanvar 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev O.Q.Şahbazovun Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə bildirilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:

Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini vəzifəsindən azad edilsin".

İlham Əliyev digər sərəncamı ilə Oqtay Şahbazovu Prezidentin İşlər müdiri təyin edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR