Bakıda bir neçə prokurorluq işçisi cəzalandırılıb

Bakıda bir neçə prokurorluq işçisi cəzalandırılıb
17:12 15 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhər prokurorluğunun bir neçə əməkdaşı cəzalandırılıb.
Bakı şəhər prokurorluğundan Milli.Az-a verilən məlumata görə, bu barədə yanvarın 15-də Bakı şəhər prokurorluğunda ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2015-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Əməliyyat müşavirəsində şəhər prokurorluğunun əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilib.

Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov vurğulayıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluğunun bir sıra əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 2 nəfər vəzifədən azad olunub, 1 nəfər isə vəzifədən kənarlaşdırılıb.

İlkin İzzət
Milli.Az  


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR