Neftin qiymətinin düşməsi İraqın gəlirlərini 70% azaldıb

Neftin qiymətinin düşməsi İraqın gəlirlərini 70% azaldıb
17:17 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin kəskin düşməsi səbəbindən İraq gəlirlərinin 70%-ni itirib.
"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu İraqın Neft Nazirliyinin mətbuat katibi Asım Cihad bildirib.
O, neftin ucuzlaşmasının ölkənin iqtisadiyyatını və bir çox sahəni böyük zərərə uğratdığını qeyd edib.
"İraqın 2016-ci il üçün büdcəsində neftin bir barelinin qiyməti 45 dollardan nəzərdə tutulub. Amma hazırda anormal bir vəziyyətlə qarşılaşırıq. Ekspertlər də bu qədər ucuzlaşmanı gözləmirdilər. Nəticə olaraq bu vəziyyətdən İraq böyük zərər görür" - o, əlavə edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR