Sahibkar: Lisenziya verilməsinin asanlaşdırılması dövlətin sahibkarlara ən böyük köməyidir

Sahibkar: Lisenziya verilməsinin asanlaşdırılması dövlətin sahibkarlara ən böyük köməyidir
17:18 15 Yanvar 2016
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Dünyada iqtisadi böhranın baş verdiyi bir şəraitdə Azərbaycanda lisenziyalar üçün dövlət rüsumunun azaldılması, onun verilməsi prosedurunun asanlaşdırılması sahibkarlara dövlət tərəfindən göstərilən ən böyük köməkdir. Bunu Trend-ə sahibkar, 2-ci qrup Qarabağ əlili Dadaş Şükürov deyib.

Onun sözlərinə görə, hazırda lisenziyalar üçün dövlət rüsumu əvvəllər olduğu kimi 5500 manat deyil, 2250 manat ödənilir.

D.Şükürov əlavə edib ki, həm rüsumun məbləğinin azaldılması, həm də lisenziyanın müddətsiz olması dövlət tərəfindən sahibkara göstərilən qayğının nəticəsidir.

Stomatoloji kabinetin açılması üçün lisenziya almaqdan ötrü uzun müddət çalışdığını deyən D.Şükürovun sözlərinə görə, bu lisenziyanı almaq üçün 4 il əvvəl müraciət etməsinə baxmayaraq, buna nail ola bilməmişdi: “Hər dəfə müxtəlif bəhanələr gətirirdilər. Azərbaycan Prezidenti lisenziyaların verilməsi səlahiyyətini İqtisadiyyat və Sənaye Nazirliyinə verdikdən sonra sahibkarları nazirliyə dəvət edib müşavirə keçirdilər. Həqiqətən də əvvəlcə heç kəs lisenziyaların belə qısa zaman ərzində veriləcəyinə inanmırdı. Amma qısa müddətdə ərizəmə baxdılar, qanuni yolla rüsumu ödədim və lisenziyanı aldım. Heç bir süründürməçilik olmadı”.

Lisenziyaların verildiyi “ASAN Xidmət”in təcrübəsini sahibkar kimi çox bəyənən D.Şükürov sahibkarlar üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2480990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR