Azərbaycan diasporasının üzvü ABŞ-da yüksək vəzifəsinə seçilib

Azərbaycan diasporasının üzvü ABŞ-da yüksək vəzifəsinə seçilib
17:19 15 Yanvar 2016
27 Sosial
Ölkə mətbuatı
A- A+

ABŞ-dakı Azərbaycan diasporunun ən fəal nümayəndələrindən biri olan ABŞ Azərbaycanlıları Şəbəkəsinin (US Azeris Network)  və "Qarabağ" Fondunun İdarə heyətinin rəhbəri və həmtəsisçisi,  Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Adil Bağırov Ohayo ştatının Dayton şəhərində Təhsil Şurasının rəhbəri seçilib. Lent.az-ın məlumatına görə, Amerika Birləşmiş Ştatlarında rəsmi dövlət vəzifəsinə  seçilmiş ilk azərbaycanlı olan Adil Bağırovun rəhbərlik edəcəyi Təhsil Şurası ABŞ-da ən nüfuzlu ictimai qurumlardan biri hesab olunur. Qurum 14 min şagirdin təhsil aldığı 30 məktəbə və bu təhsil ocaqları üçün ayrılmış 500 milyon dollarlıq büdcənin icrasına nəzarət edir.

 

Seçim zamanı çıxış edən A. Bağırov bu vəzifəyə seçilməsindən qürur hissi duyduğunu və  ona olan inam və etibarı doğruldacağını bildirib.

 

Qeyd edək ki, Adil Bağırov 2013-cü ildə Ohayo ştatının Deyton şəhərinin Təhsil Şurasına üzv seçilib. 50-dən artıq elmi məqalənin müəllifi olan A. Bağırov eyni zamanda, Amerika Azərbaycanlıları Şəbəkəsinin rəhbəri, fəal diaspor nümayəndəsidir. 2011-ci il iyulun 4-də Azərbaycan prezidentinin sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228867

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR