"ASAN xidmət" mərkəzlərində Dövlət Gömrük Komitəsinin informasiya köşkləri quraşdırılacaq

"ASAN xidmət" mərkəzlərində Dövlət Gömrük Komitəsinin informasiya köşkləri quraşdırılacaq
17:28 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 15-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən gömrük xidmətlərinin artırılması məsələlərini müzakirə ediblər. Görüşdə “elektron bəyanetmə”, “elektron ilkin bəyanetmə”, XİF iştirakçılarına idxal-ixrac əməliyyatları barədə rəsmi arayışların, müvəqqəti idxal olunan yüngül minik avtomobillərinin DGK ilə yanaşı, “ASAN xidmət” mərkəzləri vasitəsilə də həyata keçirilməsi barədə məsələlər müzakirə olunub.

Bundan başqa, tərəflər gələcəkdə “ASAN xidmət” mərkəzlərində Dövlət Gömrük Komitəsinin informasiya köşklərinin quraşdırılması barədə də razılıq əldə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2481073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR