Azərbaycanlıya ABŞ-da vəzifə verildi

Azərbaycanlıya ABŞ-da vəzifə verildi
17:31 15 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da yaşayan Qarabağ Fondunun təsisçisi Adil Bağırov Ohayo ştatının Dayton şəhər Təhsil Şurasının rəhbəri seçilib.

ANS PRESS-in məlumatına görə, A.Bağırov ABŞ-da rəsmi vəzifəyə seçilən ilk azərbaycanlıdır.

O, hələ 2013-c ildə ABŞ-ın ən önəmli dövlət vəzifələrindən hesab edilən Təhsil Şurasının yeddi üzvündən biri seçilib. Son iki ildir Təhsil Kabinetinin Texnologiya Komitəsinə rəhbərlik edən Bağırov, Dayton şəhərindəki dövlət məktəblərinə aid xərclərin ictimaiyətə açıqlaması təşəbbüsünü irəli sürür.


Dayton, Ohayo, ABŞ


Dayton Təhsil Şurasının 500 milyon dollarlıq illik büdcənin istifadə edilməsi və 14 min şagirdin oxuduğu dövlət məktəblərinə nəzarət etmək kimi səlahiyyəti var.

Azərbaycanın aparıcı ailələrindən birinə mənsub olan və energetika sahəsində çalışan Adil Bağırov - 1978-ci il aprelin 23-də Bakı şəhərində anadan olub. Vaşinqtona iki il əvvəl gedib. İki uşaq atası Bağırov Türk-Amerika münasibətlərinin inkişafı üçün çalışan Amerika Türk Şurasının keçmiş rəhbəri Sevin Elakdağ ilə 2013-cü ilin aprel ayında ailə həyatı qurub.


Adil Bağırovun toyundan görüntülər


Adil Bağırovun atası Toğrul Bağırov Moskva Beynəlxalq Neft-Qaz Klubunun icraçı vitse-prezidentidir.


Toğrul Bağırov - Beynəlxalq Neft-Qaz Klubunun icraçı vitse-prezidenti




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR