Elmar Məmmədyarov İndoneziyanın Azərbaycanda fəaliyyəti bitmiş səfirini qəbul edib

Elmar Məmmədyarov İndoneziyanın Azərbaycanda fəaliyyəti bitmiş səfirini qəbul edib
17:34 15 Yanvar 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Lent.az-ın XİN-nin saytına istinadən məlumatına görə, görüşdə E. Məmmədyarov Cakartada törədilmiş silsilə terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı prezident İlham Əliyev tərəfindən İndoneziyanın prezidenti Joko Vidodoya, və İndoneziya xarici işlər nazirinə başsağlığı məktublarının ünvanlandığını diqqətə çatdırıb. O, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycanın terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınadığını deyib.

 

Səfir başsağlığı məktublarına, terror aktları nəticəsində insan itkisi ilə əlaqədar İndoneziyanın kədərinə şərik çıxmasına və göstərilən dəstəyə görə təşəkkürünü bildirərək, bunun Azərbaycan və İndoneziyanın terrora qarşı birliyinin nümunəsi olduğunu qeyd edib.

 

Nazir İslam dünyasında həmrəyliyin vacibliyini xüsusilə qeyd edib.

 

Görüşdə Azərbaycan və İndoneziya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. İki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsinin və terrorizmə qarşı mübarizədə birgə səylərin zəruriliyi vurğulanıb.

 

Səfir Raden Prayono Atiyanto diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228862

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR