Azərbaycanda nazirliyin adı dəyişdi

Azərbaycanda nazirliyin adı dəyişdi
17:41 15 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin adının dəyişdirilməsi haqqında sərəncam imz alayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adlandırılsın".

Nazirlər Kabinetinə prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb, normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentinə məlumat vermək tapşırılıb.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlayacaq və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat verəcək.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR