Prokurorluq bəzi cinayətlərin artmasından narahatdır - FOTO

Prokurorluq bəzi cinayətlərin artmasından narahatdır - FOTO
17:57 15 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

"Bakı şəhər prokurorluğu əməkdaşları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik, əsasən, düzgün təşkil edilib, bu sahədə tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib. Görülmüş müsbət işlərin nəticəsidir ki, il ərzində prokurorluqda 578, daxili işlər orqanlarında isə 4644 cinayət işinin istintaqının tamamlanması təmin edilib".

Bakı şəhər prokurorluğundan Milli.Az-a verilən məlumata görə, bunu Bakı şəhər prokuroru Əziz Seyidov yanvarın 15-də Bakı şəhər prokurorluğunda ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2015-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.

Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Ə.Seyidov bildirib ki, paytaxtın prokurorluq və digər hüquq-mühafizə orqanlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş bir çox cinayətlərin, o cümlədən qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib, həmçinin qeyd olunan cinayətlərin sayında azalma müşahidə olunub. Bu, respublikamızda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində görülmüş işlərin müsbət nəticəsi kimi qiymətləndirilib.

Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin narahatçılıq doğuran əsas problemlərdən biri olması şəhər prokuroru tərəfindən xüsusilə vurğulanıb.

O, hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, nöqsanlar da diqqətə çatdıraraq ötən il ərzində qəsdən adam öldürmə cinayətlərinin və ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin sayının azalmasına baxmayaraq,  Qaradağ və Yasamal rayonlarının hər birində 1 qəsdən adam öldürmə, Nəsimi rayonunda 1 qəsdən adam öldürməyə cəhd, Sabunçu rayonunda 2 və Xətai rayonunda 1 ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin açılmamasını narahatçılıq hissi ilə qeyd edib.

Ə.Seyidov həmin işlərin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyini vurğulayıb. Şəhər prokuroru tərəfindən bu istiqamətdə müvafiq göstərişlər verilib, prokurorluq, daxili işlər orqanlarının istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib.

İlkin İzzət
Milli.Az 



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR