Güləş üzrə ilin ilk yarışı Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək

Güləş üzrə ilin ilk yarışı Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək
18:08 15 Yanvar 2016
45 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 16-da Hövsan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə sayca 19-cu beynəlxalq turnir və böyüklər arasında qadın güləşi üzrə açıq Azərbaycan kuboku yarışı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən 10 çəki dərəcəsi üzrə keçiriləcək yeniyetmələrin yarışında 1999-2001-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq. Yeniyetmələrin yarışında Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan və Rusiya, qadınların mübarizəsində isə Macarıstan və Qazaxıstandan olan güləşçilərin iştirakı gözlənilir.
Qadın güləşçilər 48, 53, 55, 58, 60, 63, 69 və 75 kiloqram çəki dərəcələrində yarışacaqlar.
Çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gules_uzre_ilin_ilk_yarisi_Hovsan_Olimpiya_Idman_Kompleksinde_kechirilecek-918869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR