Tarixi özündə yaşadan qədim Şəki qapıları

Tarixi özündə yaşadan qədim Şəki qapıları
18:12 15 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Özünəməxsus tarixi abidələri ilə fərqlənən Şəkinin Azərbaycan memarlığında öz yeri var. Qədimi qapılar da bu tarixi özündə yaşadır. Müasir dövrdə Şəkidəki bəzi evlərin qarşısında bu cür qapıları görmək mümkündür.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şəkinin tarixi qapıları bölgənin memarlıq üslubuna uyğun olaraq tağ şəkilli formaya malik olub, əsəsən, taxtadan hazırlanır. Bu giriş qapıları öz ağırlıqları ilə də fərqlənir. Bu darvazaları açıb bağlamaq çətin olduğundan onların izərində ikinci-kiçik qapı da yerləşdirilir. Bu qapılar adətən insan boyundan bir az balaca olur.

Qapıların üzərində olan dəmir qurğular müasir elektrik zəngi funksiyasını yerinə yetirir. Bütün qapıların üzərində iki ədəd belə qurğu quraşdırılırdı ki, bunların da hər birinin özünəməxsus adı var. Ölçüsünə görə daha iri və nisbətən yuxarıda yerləşdirilən zəng təkulbab, ikinci zəng isə təukbabdab adlanır. Bu iki zəng səslərinə görə də bir-birindən fərqlənir və bunun sayəsində ev yiyəsi gələn qonağın kişi və ya xanım olduğunu müəyyənləşdirə bilirdi.

Qapıların üzərindəki dəmir bəzəklər həm də onun möhkəmliyini təmin edir. Müasir dövrdə Şəkinin, əsasən, Yuxarıbaş adlanan qədimi hissəsində belə qədimi qapılar qorunub saxlanmaqdadır.

Qeyd edək ki, M.Rəsulzadə, Heydər Əliyev prospektlərində aparılan abadlıq-bərpa işləri zamanı yol kənarındakı darvazalar qədim Şəki qapılarına uyğun formaya salınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/398279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR