"Donuz qripi" ilə əlaqədar iki xəstəxanada əlavə palatalar yaradıldı

"Donuz qripi" ilə əlaqədar iki xəstəxanada əlavə palatalar yaradıldı
18:17 15 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda "donuz qripi" ilə əlaqədar olaraq daha iki xəstəxanada əlavə palatalar yaradılıb.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya açıqlamasında deyib ki, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında da əlavə palatalar hazır vəziyyətə gətirib.
 
Onun sözlərinə görə, Azərbaycanda "donuz qripi" qeydə alınmayıb.
 
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 8 boks tipli palata ayrılıb.
 
Onu da qeyd edək ki, "donuz qripi"nə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən 8 dekabr 2015-ci il tarixdə əmr imzalanıb. Eyni zamanda, "donuz qripi" ilə bağlı epidemioloji nəzarət gücləndirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR