Heydər Əliyev Sarayında "Mən gəncəm" adlı konsert proqramı keçiriləcək

Heydər Əliyev Sarayında "Mən gəncəm" adlı konsert proqramı keçiriləcək
18:17 15 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 yanvar. REPORT.AZ/ Heydər Əliyev Sarayında “Mən gəncəm” adlı konsert proqramı keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Sarayının mətbuat xidməti yayıb.
Fevralın 12-də keçiriləcək konsertdə gənc ifaçılar yeni, maraqlı və fərqli proqramla çıxış edəcək.
Konsertdə istedadlı müğənnilər Nurlan Növrəsli, Cəlal Abbasov, Məryəm Şabanova, Elvin Abdullayev, Səidə Sultan, Niyam Səlami, Azad Şabanov, Ceyla, Xana Həsənova, Sadiq Məmmədov, Elnar Xəlilov, Jay Meel, DJ Vugarixx və Crayz Eyes Dance Crew iştirak edəcək. Konsertin aparıcısı Günel Hümbətovadır.
Saat 19:00-da başlayacaq konsertlərin biletləri 10-50 manat arasında satışa çıxarılıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR