İşçilərə maaş əvəzinə qoyun verilir

İşçilərə maaş əvəzinə qoyun verilir
18:27 15 Yanvar 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Kəskin valyuta çatışmazlığı ilə üzləşən Türkmənistanda bir çox dövlət müəssisələri maaşları verə bilmir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət şirkəti olan "Türkmənmalları"da işçilərin maaşları əvəzinə qoyun və qoçlar verilir. Yerli sakinlərin sözlərinə görə, bu sxem 270 türkmən manatının 1 qoyuna bərabər olması üzərində qurulub.

Şirkətin işçiləri nəğd maaşların verilmədiyi üçün qoyunları götürməli olduqlarını deyiblər. Onların bəziləri qoyunları bazarda pulla satırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/398298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR