Astaranın Deqədi-Pəlikəş avtomobil yolunda torpaq sürüşməsi baş verib

Astaranın Deqədi-Pəlikəş avtomobil yolunda torpaq sürüşməsi baş verib
18:28 15 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+


Astara, 15 yanvar, Bağır Əliyev, AZƏRTAC 
Astara rayonunun ucqar dağlıq ərazisində salınmış Deqədi-Pəlikəş avtomobil yolunun 11-12-ci kilometrliyində torpaq sürüşməsi baş verib.
AZƏRTAC xəbər verir ki, ötən ilin aprel ayında istifadəyə verilmiş 21 kilometrlik yolda baş verən torpaq sürüşməsi nəticəsində yolun ortasında çatlar əmələ gəlib, ətrafda quraşdırılmış qoruyucu zolaqlar yararsız vəziyyətə düşüb.
Yerli sakinlər dağ yolunda çökmələrin baş verməsini ərazinin aktiv sürüşmə zonasında yerləşməsi ilə əlaqələndirirlər.
Nəqliyyat vasitələrinin intensiv hərəkətini təmin etmək məqsədilə yolda ağır texnikalar işləyir, sürüşmə baş verən ərazilər lil-torpaq çöküntülərindən təmizlənir. Dağ yolunda təmir-bərpa işlərinin yaz aylarında görülməsi nəzərdə tutulub.
Deqədi-Pəlikəş avtomobil yolundan rayonun 21 yaşayış məntəqəsində yaşayan 12 min əhali istifadə edir.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astaranin_Deqedi_Pelikes_avtomobil_yolunda_torpaq_surusmesi_bas_verib-918881

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR