Geodeziya və xəritəçəkmə sahəsində əməkdaşlıq haqqında sənəd təkmilləşdirilib

Geodeziya və xəritəçəkmə sahəsində əməkdaşlıq haqqında sənəd təkmilləşdirilib
18:38 15 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Minsk, 15 yanvar, AZƏRTAC
Yanvarın13-14-də Belarus paytaxtında, MDB-nin İcraiyyə Komitəsində Birlik iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondlanması sahəsində mütəxəssislərin hazırlanması, yenidənhazırlanması və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib. Bu barədə AZƏRTAC-a MDB-nin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.
Ekspertlər daxil olmuş irad və təklifləri nəzərə alaraq sənədin layihəsini razılaşdırıb və təşkilatın İcraiyyə Komitəsinə təklif ediblər ki, layihə müəyyən olunmuş qaydada MDB Hökumət Başçıları Şurasının müzakirəsinə təqdim edilsin.
Sənəddə nəzərdə tutulub ki, dövlətlər geodeziya və xəritəçəkmə sahəsində istehsal təşkilatlarının işçilərinin və təhsil təşkilatlarının professor-müəllim heyətinin hazırlanması və ixtisasartırma sahəsində əməkdaşlıq edəcək, müasir tədris-metodiki və elmi-tədqiqat materiallarını, tədris planlarını və proqramlarını mübadilə edəcəklər.
Göstərilən sahələrdə kadr hazırlığı üzrə MDB ölkələrinin baza təşkilatı olan Moskva Dövlət Geodeziya və Xəritəçəkmə Universitetinin bu əməkdaşlıq prosesinə fəal cəlb edilməsi planlaşdırılır. Universitet kadrların hazırlanması və ixtisasartırma proqramlarının işlənib hazırlanmasını tədris-metodiki baxımdan təmin edəcək, dövlətlərin ərazilərində yerləşən, habelə geodeziya və xəritəçəkmə sahəsində təhsil xidmətlərinin təqdim olunmasında iştirak edən digər təhsil təşkilatlarının fəaliyyətini həyata keçirəcək və əlaqələndirəcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Geodeziya_ve_xeritechekme_sahesinde_emekdasliq_haqqinda_sened_tekmillesdirilib-918886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR