ABŞ-da rəsmi dövlət vəzifəsinə seçilmiş ilk azərbaycanlı

ABŞ-da rəsmi dövlət vəzifəsinə seçilmiş ilk azərbaycanlı
18:48 15 Yanvar 2016
33 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Birləşmiş Ştatlardakı Azərbaycan diasporunun ən fəal nümayəndələrindən biri olan ABŞ Azərbaycanlıları Şəbəkəsinin (US Azeris Network) və "Qarabağ" Fondunun İdarə heyətinin rəhbəri və həmtəsisçisi, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Adil Bağırov Ohayo ştatının Dayton şəhərində Təhsil Şurasının rəhbəri seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Amerika Birləşmiş Ştatlarında rəsmi dövlət vəzifəsinə seçilmiş ilk azərbaycanlı olan A.Bağırovun rəhbərlik edəcəyi Təhsil Şurası ABŞ-da ən nüfuzlu ictimai qurumlardan biri hesab olunur. Qurum 14 min şagirdin təhsil aldığı 30 məktəbə və bu təhsil ocaqları üçün ayrılmış 500 milyon dollarlıq büdcənin icrasına nəzarət edir.

Seçim zamanı çıxış edən A.Bağırov Təhsil Şurasının rəhbəri vəzifəsinə seçilməsindən qürür hissi duyduğunu və ona olan inam və etibarı doğruldacağını bildirib. Qeyd edək ki, A.Bağırov 2013-cü ildə Ohayo ştatının Deyton şəhərinin Təhsil Şurasına üzv seçilib.

50-dən artıq elmi məqalənin muəllifi olan A.Bağırov, eyni zamanda Amerika Azərbaycanlıları Şəbəkəsinin rəhbəri, fəal diaspor nümayəndəsidir. 2011-ci il iyulun 4-də Azərbaycan Prezidentinin sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2481134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR