Azərbaycan dindarları Prezident İlham Əliyevin çağırışına vəhdət namazı ilə cavab verdilər

Azərbaycan dindarları Prezident İlham Əliyevin çağırışına vəhdət namazı ilə cavab verdilər
18:52 15 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 15-də Bakıda Heydər məscidində cümə namazı qılınıb. Vəhdət namazı adlandırılan bu mərasimdə məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar ediblər.

AZƏRTAC xəbər verir ki, bu tədbir Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin "Multikulturalizm ili" elan olunması fonunda mühüm əhəmiyyət daşıyır və Azərbaycanın tolerantlıq mərkəzi kimi bütün dünyada nüfuzunun daha da artmasına xidmət edir.

Min ildən artıqdır ki, İslam dünyasının iki böyük məzhəbinin - şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli məkanda edirlər. Tarixdə bir neçə dəfə onların vəhdətinə, birliyinə təşəbbüslər göstərilsə də, indiyədək bu təşəbbüslər davamlı xarakter almayıb.

Müsəlmanların müqəddəs kitabı - Qurani-Kərimdə Allah-Təala bütün müsəlmanları sülhə, birliyə və vəhdətə çağırır. Bu isə dini zəmində ixtilafların baş verdiyi müasir dövrdə xüsusilə aktualdır. Belə bir zamanda Azərbaycan bütün dünyaya nümunə ola biləcək növbəti addım atdı.

Dünyada sünni-şiə məsələsinin qabardığı, daha doğrusu, süni şəkildə qabardıldığı bir zamanda Heydər məscidində şiələrlə sünnilər hər gün olduğu kimi, müqəddəs günlərdən olan bu cümə günündə də növbəti dəfə vəhdət namazı qılmaq üçün bir araya gəldilər. Bu təşəbbüs Ulu Öndərin vəfatının ildönümündən başlayıb və artıq bir neçə həftədir ki, böyük dəstək qazanaraq davamlı hal alıb. Həm şiə, həm də sünni məzhəbinin nümayəndələrinin vahid məkanda, bir sırada duraraq ibadət etməsi ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin nəticəsidir.

Minarədən müsəlmanlara canlı səslənən, onları ibadətə və eyni zamanda, vəhdətə çağıran azan bir həftə şiə, digər həftə isə sünni məzhəbinə məxsus azançı tərəfindən icra olunur.

Məsciddə şiələrlə sünnilər qardaş kimi bir yerdə, yan-yana namaz qılırlar. Bu, əslində sadə görünə bilər, amma mahiyyətinə vardıqda çox əhəmiyyətli və tarixi bir səhnə təsiri bağışlayır. Bu məsciddə hər gün olduğu kimi, cümə namazları növbəli şəkildə - bir həftə əhli-sünnə imamının, növbəti həftə isə əhli-şiə imamının rəhbərliyi ilə keçirilir. Əminliklə demək olar ki, Heydər məscidindəki bu təcrübə nəinki Azərbaycan, eləcə də bütün dünya üçün olduqca gözəl ənənənin əsasını qoyub.

"Heydər" məscidinin dini rəhbəri hacı Sabir deyib:

"Ən fərəhli hal odur ki, biz Azərbaycan təcrübəsində və ümumiyyətlə dünya təcrübəsində nümayiş etdirdik ki, vəhdət namazı ən sevimli namazdır, Uca Tanrı qarşısında ən qəbula yetən namazlardan biridir. Çünki Allah-Təala Qurani-Kərimdə bizi bir olmağa, təfriqəyə yol verməməyə çağırır. Bu nöqteyi-nəzərdən İslamın daxilində müxtəlif məzhəblərin də olmasına baxmayaraq, insanlarımızın eyni məsciddə namaz qılması, əlbəttə ki, çox təqdirəlayiqdir. Lakin hər iki məzhəbin bir məsciddə, bir səfdə dayanaraq namaz qılması çox böyük göstəricidir".

Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə Heydər məscidində vəhdət namazının qılınması dünyaya bir sülh mesajıdır. Bu mesaj tolerantlıq və multikulturalizm mərkəzi olan Azərbaycandan verildi. Məğzi isə odur ki, məzhəbindən asılı olmayaraq müsəlmanlar qardaş-bacı kimi bir yerdə, bir məsciddə namaz qılırlar. Çünki bütün müsəlmanların bir Allahı, bir Quranı və bir Peyğəmbəri var.

"Heydər" Məscidinin imamı Hafiz Abbasov deyib:

"Mən burada əhli-sünnə üzrə aparılan namazlara rəhbərlik edirəm. Mənim yanımda dayanan məscidin axundu isə əhli-şiə üzrə aparılan namazları idarə edir. Biz burada hər iki məzhəbin nümayəndəsi olaraq, bu gün qılınan cümə namazında iştirak etdik. Mən bir sıra müsəlman ölkələrində də olmuşam, orada əhli-sünnə üzrə qılınan namazların icra olunduğu məsciddə əhli-şiənin namaz qılması görünməmiş haldır. Eyni zamanda, əhli-şiə məscidində əhli-sünnənin namaz qılması da görünməyib. Amma Azərbaycanın əksər məscidləri məzhəbindən asılı olmayaraq, hər kəsin üzünə açıqdır, hər kəs namazlarını burada rahat şəkildə, heç bir təzyiqə məruz qalmadan icra edə bilir.

"Heydər" Məscidinin axundu Rüfət Qarayev deyib: "Mən cümə günü, eyni zamanda, vəhdət günü münasibətilə xalqımızı təbrik edirəm. Burada, əslində, cümə namazının birlikdə qılınması xalqımızın öz istəyidir, hər iki məzhəb nümayəndələrinin təklifidir. Allaha həmd olsun ki, biz buna nail olduq. Bu gün hər iki məzhəb nümayəndələri namazlarını birgə qılırlar".

Heydər məscidində şəhidlərimizin ruhuna da dualar oxundu, israf və qənaət haqqında xütbə deyildi. Bu vəhdət namazı ölkəmizdə İslam dininə olan sevgi və hörmətin təkcə sözdə deyil, həm də əməldə təsdiqidir. Azərbaycanın bu təşəbbüsünün bütün İslam aləmində böyük rəğbətlə qarşılanacağı heç kəsdə şübhə doğurmur. Axı, Qurani-Kərimdə də deyildiyi kimi, "həqiqətən, bütün müsəlmanlar bir-birinə qardaşdırlar". Qardaş olan müsəlmanların vəhdət namazının məhz Ulu Öndərin adını daşıyan Heydər məscidində qılınması da xüsusi məna daşıyır.

"Heydər" Məscidinin imamı Hafiz Abbasov:

"Bildiyimiz kimi, Prezident İlham Əliyev bu ili "Multikulturalizm ili" elan edib. Biz də burada qıldığımız vəhdət namazları ilə bu ilə öz töhfəmizi vermiş oluruq".

Məscidin axundu Rüfət Qarayev: "İnşallah, ümid edirik ki, bu vəhdət namazları öz töhfələrini verəcək".

Məscid kompleksi Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunub və 2014-cü ildə istifadəyə verilib. Gözəlliyi ilə diqqəti cəlb edən məscid "Allahın evi - Ümid ocağı" kimi müsəlmanlarla yanaşı, digər dinlərin nümayəndələrinin də üzünə açıqdır.

Heydər məscidinin dini rəhbəri hacı Sabir:

Heydər məscidi Qafqazda ən böyük məsciddir. Minarələrinin hündürlüyü 95 metrdir. Demək olar ki, dünya ölkələrinin çoxunda bu hündürlükdə minarələr yoxdur. Gördüyünüz kimi, burada dörd minarə var və hamısında lift işləyir. Bundan əlavə, ibadət salonları da böyükdür. Burada təxminən 5000-7000 nəfər eyni vaxtda ibadət edə bilər. Onu da qeyd edim ki, Heydər məscidi bir məsələdə də yeganədir. Burada digər məscidlərdə olan kimi nəzir qutuları yoxdur. Dünyanın əksər məscidlərində nəzir qutuları qoyulub. Lakin belə razılığa gəldik ki, bu məsciddə nəzir qutusu olmasın. İşçilərimizin maaşları Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilir. Məscidin Bakı Şəhər İcra Hakimiyyətinin balansında olması işlərimizin xeyli irəli getməsində bizə yardımçı olur".

Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda dövlət tərəfindən həm də rus pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri aparılıb. Avropada radikal qüvvələrin, islamofob meyillərin güclənməsi fonunda Prezident İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olundu. "Multikulturalizm" bəlkə də ictimaiyyət üçün yeni termin olsa da, onun mahiyyətinə min illərdir ki, ölkəmizdə riayət edilir. Dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, hamı qarşılıqlı hörmət şəraitində yaşayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda bu sahədə nadir təcrübə əldə edilib. Tolerantlıq xalqımızın adi həyat tərzi və dövlət siyasətidir.

Heydər məscidində vəhdət namazının artıq ənənə halını alması isə onu göstərir ki, "Multikulturalizm ili"ndə də ölkəmizdə bu sahədə uğurlu tədbirlər həyata keçiriləcək. Azərbaycanın multikulturalizm məktəbinin ənənələri və ölkəmizin tolerantlıq mərkəzi kimi əhəmiyyəti daha da artacaq.

Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı möhkəm tarixi baza formalaşdırıb. Ölkəmizdə tarix boyu dini və etnik zəmində heç bir qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir. İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə unikal tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü isə Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şəraitin mövcud olmasıdır. Beləliklə, multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu çərçivədə keçirilən tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin intellektual meyarlarının tam formalaşdığını təsdiqləyir. Bu, eyni zamanda, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər verir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dünyanı mat qoyan xəstəlik: Bu uşaqlar yalnız gün çıxanda hərəkət edə bilirlər - FOTOLAR

22 Sentyabr 2017 15:53

Yasamalda yataqxanada baş verən yanğında polis komandiri zəhərlənib

22 Sentyabr 2017 15:49

Evdə hazırlayacağınız arıqlama şirəsi

22 Sentyabr 2017 15:49

"AVRO-2017": Azərbaycan millisi macarlara qarşı - YENİLƏNİR

22 Sentyabr 2017 15:47

Vergilər naziri Qaxda vətəndaşları qəbul edib

22 Sentyabr 2017 15:47

Ronaldo: "Real"a "9" nömrə lazım deyil"

22 Sentyabr 2017 15:47

200 və 43 saylı məktəb-liseydə nə baş verir?

22 Sentyabr 2017 15:43

Bakıda voleybolçu qadınlar arasında Avropa çempionatı start götürüb

22 Sentyabr 2017 15:42

QHT Şurası Mingəçevirdə regional konfrans keçirib

22 Sentyabr 2017 15:39

İradə İbrahimova gözəlliyi və pozaları ilə modellərə MEYDAN OXUDU - FOTO

22 Sentyabr 2017 15:38

"Kaşaqan" yatağında proqnozlaşdırılan hasilat ləngiyir

22 Sentyabr 2017 15:37

“Apple” şirkəti “iPhone 8” və “8 Plus” smartfonlarının satışına başlayıb

22 Sentyabr 2017 15:35

Dünyanın ƏN QƏRİBƏ toy geyimləri

22 Sentyabr 2017 15:33

İçərişəhərdə “Qız qalası” VII beynəlxalq incəsənət festivalı keçiriləcək

22 Sentyabr 2017 15:32

Hindistan hərbçiləri Kəşmiri top atəşinə tutub: 6 nəfər ölüb, 26 nəfər yaralanıb

22 Sentyabr 2017 15:32

Zəlzələdən sonra yaşananlar hər kəsi şoka saldı

22 Sentyabr 2017 15:29

“AAAF Park”la bağlı RƏSMİ AÇIQLAMA

22 Sentyabr 2017 15:28

“Bank VTB (Azerbaijan)” əmək haqqı kartlarının sahiblərinə kredit təklif edir

22 Sentyabr 2017 15:27

Nizami Baloğlanov: "Azərbaycanlıların Rusiya dövlət strukturlarına müraciətləri cavabsız qalıb"

22 Sentyabr 2017 15:22

Müsavat Partiyası Milli Şuranın mitinqinə qatılmayacaq

22 Sentyabr 2017 15:22

SORĞU: Deyirlər ki, sabah dünya dağılacaq

22 Sentyabr 2017 15:20

Erməni deputatların Bakıya gəlməsinə etiraz olaraq aksiya keçirildi - FOTO

22 Sentyabr 2017 15:19

“AAAF Park”ın əmlakı siyahıya alınıb, rəhbəri isə Kosovodadır

22 Sentyabr 2017 15:17

Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk edib

22 Sentyabr 2017 15:17

® “Bank of Baku” Şənbə və Bazar günləri də müştərilərin xidmətindədir!

22 Sentyabr 2017 15:14

"Apple"dən daha bir yenilik

22 Sentyabr 2017 15:13

Azərbaycan üçün vacib 3 gün...

22 Sentyabr 2017 15:13

“Avropa Avtobus Turu”nun nümayəndələri UNEC-in Zaqatala filialında

22 Sentyabr 2017 15:09

“Total” SOCAR-ın mütəxəssisləri üçün seminarlar təşkil edib

22 Sentyabr 2017 15:07

Azərbaycandakı 81 neft-qaz yatağından 33-ü qeyri-işləkdir

22 Sentyabr 2017 15:04

“Mahmud Qaşqarlı” mükafatı təqdim edildi - FOTOLAR

22 Sentyabr 2017 15:03

Mübariz Qurbanlı: “Azərbaycanın orta məktəblərində dini fənnin tədrisi təklif olunur"

22 Sentyabr 2017 15:02

Yaşlı qadının protezini oğulayan şəxslər: "Peşmanıq"

22 Sentyabr 2017 14:59

Dahi şairimizin ev muzeyi söküldü

22 Sentyabr 2017 14:59

“Günəşli” yatağında daha bir quyu istismara qaytarılıb

22 Sentyabr 2017 14:57

Rəhbərinin həbs xəbəri yayılan "AAAF Park"da nə baş verir? - Şirkət rəsmisi Lent.az-a danışdı

22 Sentyabr 2017 14:54

Minsk qiyamı yatırmağa hazırlaşır: Lukaşenkonun MAYDAN QORXUSU

22 Sentyabr 2017 14:53

Azad Rəhimov “Minsk 2019” II Avropa Oyunlarının Koordinasiya Komissiyasının iclasında iştirak edib

22 Sentyabr 2017 14:52

Əsas investorlar karbohidrogen aktivlərindən imtina edir

22 Sentyabr 2017 14:52

DİQQƏT: Məktəb direktorları üçün yeni layihəyə

22 Sentyabr 2017 14:52

Pərpətöyün turşusunun hazırlanması

22 Sentyabr 2017 14:49

İldə bir qadınla sevgili olan 60 yaşlı aparıcı haqqında BİLMƏDİKLƏRİNİZ - FOTO

22 Sentyabr 2017 14:48

Mixeil Saakaşvili Lvov məhkəməsinə gəlməyib

22 Sentyabr 2017 14:47

Abşeronda qadının protez dişlərinini oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsində zərərçəkmiş dindirilib

22 Sentyabr 2017 14:47

UCİ-a yeni prezident seçilib

22 Sentyabr 2017 14:47

Nadir Qafarzadə ölkədən getmək istəyir

22 Sentyabr 2017 14:45

Yüzillik müqavilə işə salınır: Ankaradan MÜHARİBƏ XƏBƏRDARLIĞI

22 Sentyabr 2017 14:43

Virtual reallıq dəstəkli ilk brauzer nümayiş olunub

22 Sentyabr 2017 14:35

Abşeronda 13 yaşlı bu oğlan yoxa çıxdı - FOTO

22 Sentyabr 2017 14:34

Ermənistan Müdafiə Nazirliyinin zabiti qəza törədib, məktəbli ölüb

22 Sentyabr 2017 14:32