“ASAN xidmət” mərkəzlərində Dövlət Gömrük Komitəsinin informasiya köşkləri quraşdırılacaq

“ASAN xidmət” mərkəzlərində Dövlət Gömrük Komitəsinin informasiya köşkləri quraşdırılacaq
18:53 15 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilən gömrük xidmətlərinin artırılması məsələlərini müzakirə olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr yanvarın 15-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş zamanı baş tutub. Görüşdə “elektron bəyanetmə”, “elektron ilkin bəyanetmə”, xarici iqtisadi fəaliyyətin iştirakçılarına idxal-ixrac əməliyyatları barədə rəsmi arayışların, müvəqqəti idxal olunan yüngül minik avtomobillərinin vaxtının uzadılması ilə bağlı müvafiq xidmətlərin bundan sonra Dövlət Gömrük Komitəsi ilə yanaşı, “ASAN xidmət” mərkəzləri vasitəsilə də həyata keçirilməsi barədə məsələlər müzakirə olunub.
Bundan başqa, tərəflər gələcəkdə “ASAN xidmət” mərkəzlərində Dövlət Gömrük Komitəsinin informasiya köşklərinin quraşdırılması barədə də razılıq əldə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ASAN_xidmet_merkezlerinde_Dovlet_Gomruk_Komitesinin_informasiya_koskleri_qurasdirilacaq-918903

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR