Bilik Fondu Nardaran məktəblilərinin qonağı olub

Bilik Fondu Nardaran məktəblilərinin qonağı olub
18:53 15 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Beynəlxalq Şagird Konfransının iştirakçısı olmuş Nardaran məktəblilərini mükafatlandırıb.
Fonddan AZƏRTAC-a bildiriblər ki, bu qurumun icraçı direktoru Oqtay Səmədov və aparat rəhbəri İsaxan Vəliyev Sabunçu rayonu Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə olublar.
Məktəbin müəllim və şagirdlərinə Bilik Fondunun həyata keçirdiyi layihələrlə bağlı ətraflı məlumat verilib. Fondun nümayəndələri yaxın vaxtlarda qəsəbədə Bilik Evinin fəaliyyətə başlayacağını bildiriblər.
Məktəbin direktoru Dilarə Cəbrayılova fondun fəaliyyətini yaxından izlədiyini, şagirdlərin “Qardaşlaşmış məktəblər” layihəsində iştirak etmək arzusunda olduqlarını vurğulayıb.
Görüşdə müəllimlər və şagirdlər maraqlı təkliflər irəli sürüblər. Nardaran məktəblilərinin fondun layihələrində iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda Bilik Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Şagird Konfransının iştirakçıları olan məktəblilərə təşəkkürnamələr təqdim edilib.
Nardaran məktəbliləri ötən ilin dekabrında Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Bilik Fondunun təşkilatçılığı ilə keçirilmiş “Kitabi-Dədə Qorqud” və H.Fridrix fon Dits–200” Beynəlxalq Şagird Konfransında fəal iştirak ediblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bilik_Fondu_Nardaran_mekteblilerinin_qonagi_olub-918901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR