Hayların hay-küylü miqrant taktikasının gizlinləri

Hayların hay-küylü miqrant taktikasının gizlinləri
19:05 15 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

"Ermənistan hökuməti onun siyasətinin əleyhinə çıxanların sayının azlığında, müxalif sosial bazanın zəifliyində maraqlı olduğundan həmin əhalinin ölkədən xaricə miqrasiya etməyində və ölkəni daha "başıdinc" idarə etməkdə maraqlı ola bilər. Amma ermənilərin ölkədən çıxaraq xarici ölkələrdə məskunlaşıb çoxalması, əsasən, məqsədyönlü düşünülmüş bir diaspora siyasətidir. Çünki onlar, əsasən, diasporlarının daha güclü olduğu ölkələrə üz tuturlar. Ona görə də bu baxımdan onlar üçün güclü türk diasporunun olduğu Almaniya yox, Fransa daha cəlbedicidir. Almaniya isə onlara da çox bir müddətlik, müvəqqəti sığınacaq kimi lazımdır".

Bunu Milli.Az-a miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Almaniyada Ermənistandan olan miqrantların "qara siyahı"ya salınmasını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, hər bir ölkə müxtəlif səbəblərə görə müxtəlif ölkələrdən olan miqrantlara sığınacaq verməyə və faktiki olaraq qaçqınlıq statusu almaq istəyən insanlara imtinanı müəyyən edən bir siyahı formalaşdıra bilər: "Hər bir ölkə, ilk növbədə, sığınacaq istəyən şəxsin mənşə ölkəsindən qaçqın düşməsini şərtləndirən səbəbləri nəzərə alır. Əgər bu səbəblər varsa, həmin şəxs qaçqın statusunun alınması üçün müraciət edə bilər. Təbii ki, həmin səbəblər köklü şəkildə araşdırılır. Elə ölkələr var ki, orada hərbi münaqişə yoxdur, amma oradan çoxlu insanlar var ki, digər ölkələrdən sığınacaq almaq istəyirlər. Məsələn, Avropa ölkələri, əsasən, müharibə gedən ölkələrdən olan miqrantlara üstünlük verirlər. Bu sıraya Suriya, İraq, Əfqanıstan və Liviyanı aid etmək olar. Özünün və ailəsinin həyatına birbaşa təhlükənin olduğu ölkələrdən gələn insanların vəsatətinə baxılır. Ermənistan əhalisi üçün isə bu qəbildən hər hansı təhlükə yoxdur. Başqa ölkələrə gedib qaçqın statusu almaq istəyən ermənilər Ermənistanı daha çox sosial-iqtisadi, yəni yoxsulluq, kasıblıq, işsizlik və s. səbəbdən tərk edirlər. Təbii ki, onlar müxtəlif bəhanələr gətirə bilərlər, amma hər bir ölkə həmin arqumentləri nəzərdən keçirir, müraciət edən şəxsin mənşə ölkəsindəki vəziyyəti araşdırır. Əgər o şəxsin həyatı üçün hər hansı təhlükə yoxdursa, ona qaçqın statusunun verilməsində imtina olunur".

A.Allahverənov qeyd edib ki, bu gün Ermənistandan olan miqrantlarla bağlı maraqlı bir tendensiya müşahidə olunur: "Belə ki, Ermənistandan Avropaya qaçqın statusu almaq üçün müraciət edən insanlar hələ əvvəlcədən bilirlər ki, onların bəhanələri qaçqın statusunun alınması üçün səbəb hesab oluna bilməz və onlara rədd cavabı veriləcək. Buna baxmayaraq, müraciətə rəsmi cavab verilənədək təxminən 6 ay - 1 il müddət keçir. Bu müddət ərzində ermənilər orada qalıb müxtəlif ianələrdən bəhrələnir, yaşayır və özlərinə müəyyən şərait yarada bilirlər. Amma rədd cavabı alındıqdan sonra da onların böyük əksəriyyəti həmin ölkəni tərk etmir, ya yenidən həmin ölkədə yaşamağa davam edirlər, ya da başqa qonşu ölkələrə köçürlər. Avropadakı erməni miqrantların da əksəriyyəti məhz bu qəbildəndir".

Qeyd edək ki, Almaniyanın Bavariya əyalətinin hakimiyyət dairələri sığınacaqla bağlı müraciətlərin rədd olunacağı ölkələrin siyahısını genişləndirib və bu "qara siyahı"ya Ermənistan da daxil edilib. "Qara siyahı"da Ermənistanla yanaşı, Gürcüstan, Moldova, Ukrayna, Hindistan, Mali, Monqolustan, Əlcəzair, Qambiya və Banqladeş də var. Bu ölkələrdən olan miqrantların sığınacaq istəklərinə Almaniyanın Federal Miqrasiya və Qaçqınlar Xidməti (Bundesamt für Migration und Flüchtlinge - BAMF) çox nadir hallarda müsbət cavab verir.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/398277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR