“Neftçala”-“Şərurspor” matçında məhsuldar heç-heçə qeydə alınıb

“Neftçala”-“Şərurspor” matçında məhsuldar heç-heçə qeydə alınıb
19:08 15 Yanvar 2016
85 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 15-də Topaz Premyer Liqası və birinci divizion klublarının iştirakı ilə təşkil olunan futbol üzrə "CBC Sport Kubok"u turnirində növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci yarış günündə birinci divizionun iki komandası qarşılaşıb. “Bayıl Arena”da keçirilən görüşdə “Neftçala” və “Şərurspor” komandaları 2:2 hesablı heç-heçəyə razılaşıblar. “Neftçala” komandasından qolları Aqşin Muxtaroğlu və Anar Babayev vurub. “Şərurspor”dan isə Rəhman Musayev dubl edib.
Yanvarın 14-də keçirilmiş açılış oyununda “Neftçi” komandası AZAL-ı 1:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, turnirdə Topaz Premyer Liqasından “Neftçi” və AZAL, birinci diviziondan isə MOİK, “Neftçala” və “Şərurspor” klubları iştirak edir. Turnir çərçivəsində növbəti oyun yanvarın 16-da AZAL və MOİK komandaları arasında keçiriləcək.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftchala_Serurspor_matchinda_mehsuldar_hech_heche_qeyde_alinib-918911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR