Füzuli rayonunda istehlak bazarına nəzarət gücləndirilib

Füzuli rayonunda istehlak bazarına nəzarət gücləndirilib
19:18 15 Yanvar 2016
51 Digər
Ölkə mətbuatı
A- A+


Füzuli, 15 yanvar, AZƏRTAC
Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədilə istehlak bazarı nəzarətdə saxlanılır. Yerli məhsullarda qiymətlərin süni şişirdilməsi hallarına yol verilməməsi və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib. Rayon rəhbərliyi Bala Bəhmənli kəndi ərazisində əsas bazarın yerləşdiyi yerdə topdan və pərakəndə satış mərkəzlərində olub, əhali ilə söhbət edərək ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb. Alıcı və satıcılarla söhbət zamanı bildirilib ki, hazırda rayon ərazisində 50 kiloqramlıq unun bir kisəsinin qiyməti 24 manatdır. Rayonun topdan və pərakəndə satış mağazalarında kifayət qədər un var və bu sahədə heç bir problem yoxdur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, istehlak bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə komissiya yaradılıb. Komissiyanın üzvləri rayon ərazisində yerləşən bazarlara, topdan və pərakəndə satış mağazalarına gündəlik nəzarət tədbirləri həyata keçirirlər.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, aidiyyəti qurumlarla birgə istehlak bazarında mütəmadi monitorinqlər aparılır, qiymət artımının səbəbləri araşdırılır. Süni qiymət artımına yol verənlərə qarşı sərt cəza tədbirləri görülür.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fuzuli_rayonunda_istehlak_bazarina_nezaret_guclendirilib-918915

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR